Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçulara qadağalarla bağlı yeni qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, hərbçilər qeyri-müəyyən müddətə yaxınları ilə görüşdən məhrum edilib.
Həmçinin, nazirlik hərbi qulluqçuları yaxınları ilə telefonla danışmaq və mesajlaşmaq hüququndan da məhrum edib: "Qərarda bildirilir ki, son günlər qoşunların təmas xəttində baş verən gərginliklə əlaqədar hərbçilər yaxınlarına xeyli gizli məlumatlar ötürüb. Həmin məlumatlar mediaya sızdırılıb. Nazirlikdə hesab edirlər ki, yeni qərar hərbçilərin şəxsi həyatının təhlükəsizliyi üçün faydalı olacaq".
Samir