15 Aprel 2016 18:05
2 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya əhalisinin 3/4 hissəsi, yəni 76 faizi son günlər Dağlıq Qarabağda qoşunların təmas xəttindəki vəziyyətdən xəbərdardır.

Teleqraf.com "İnterfax"a istinadən xəbər verir ki, onların 52 faizi bu məsələdə Moskvanın tərəfsiz mövqeyini dəstəkləyir. Bununla bağlı "İctimai rəy" fondu məlumat yayıb.

Sorğu zamanı 23 faiz insan bu münaqişədən xəbərsiz olduğunu deyib. Sorğu 1500 insan arasında aprelin 9-10-da keçirilib. Sorğuda iştirak edənlərin 6 faizi Rusiyanın Ermənistanı, 1 faizi Azərbaycanı dəstəkləməli olduğunu deyib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 40 faizi düşünür ki, Rusiya münaqişənin həlli üçün əlindən gələn hər şeyi etməlidir, 30 faizi əmindir ki, Rusiya bu məsələdə kifayət qədər fəallıq göstərir.

Samir


Müəllif:

Oxşar xəbərlər