16 Aprel 2016 14:44
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana bölgəsində polis dəhşətli bir hadisənin üstünü açıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Adananın Seyhan mahalının Mithatpaşa məhəlləsində baş verib. Belə ki, Adana polisinə bir evdə vahişəlik fəaliyyəti barədə məlumat daxil olub. Polis adı çəkilən evi müşahidəyə götürüb və evə çoxlu sayda kişilərin girib-çıxdığını müəyyən edib. Bundan sonra polis şübhəliləri iş başında yaxalamaq məqsədilə məhkəmədən müvafiq icazə alıb. Daha sonra iki polis əməkdaşlı mülkü vətəndaş qismində adı çəkilən evə zəng edərək müştəri olduğunu bildiriblər. Ev sahibi isə bu məsələlər barədə telefonla danışmağa etiraz edib və “müştəriləri”n evə gəlməsini istəyib. Mülki şəxs adı ilə evə gələn polis əməkdaşlarına bildirilib ki, onlara xarici əsilli fahişə xidməti də təklif edə bilərlər. Bu zaman biri Gürcüstan əsilli Manana, digəri isə Bahar. S adlı 16 yaşlı xanım müştərilərə təklif edilib. Bunun qarşılığında onalrdan 100 lirə istənilib. Mülki şəxslər 100 lirəni ödədikdən sonra vəsiqələrini təqdim edərək polis əməkdaşları olduğunu bildiriblər. Daha sonra evin sahibi Figen. A və iki qadın polis idarəsinə gətirilib.

Gürcüstanlı Manana ifadəsində 6 aydır Firgen A.-nın evində 70 lirə qarşılığında fahişəlik etdiyini və pulun 30 lirəsini ev sahibinə verdiyini söyləyib. Polis Manananı deportasiya edib.

Saxlanılan ikinci qadın – Baharın isə 16 yaşı olduğu, üstəlik yaş həddinin az olmasına baxmayaraq dini nigahla ailə qurduğu ortaya çıxıb. Qadın ifadəsində ailə qurduqdan sonra iki uşağının olduğunu, ərinin bir zamanlar işləsə də, son dövrlər işləmədiyini bildirib. O qeyd edib ki, 3 ay əvvəl qış uşağı dünyaya gətirib. Lakin uşağın nəfəs borusunda problemləri olduğu meydana çıxıb. O, əlavə edib ki, əri 6 aydır işsizdir və evlərində 5 qəpik belə yoxdur. Bahar ifadəsində qeyd edib ki, elektrik, su pulunu ödəmələri lazım olub, habelə yeni dünyaya gələn qızının müəyyən xərclərini də ödəmək ehtiyacı yaranıb. Bu səbəbdən də fahişəlik etmək məcburiyyətində qalıb. Çünki əvvəl anası və qardaşı onlara pul verirmiş. Bahar vurğulayıb ki, ilk günlər əri fahişəlik etdiyini bilmirmiş, lakin sonradan bunu bilib və adı çəkilən evə onu əri aparıb-gətirməyə başlayıb. İfadədə 16 yaşlı qız bildirib ki, üzləşdiyi durum onu fahişəlik etmək məcburiyyətində buraxıb.

Bu ifadələri alındıqdan sonra polis 16 yaşlı Baharın həyat yoldaşı Uğuru nəzarət altına götürüb. Uğur həyat yoldaşının fahişəlik etməsini təsdiqləyib. Bundan sonra polis Baharı sərbəst buraxarkən Uğuru 16 yaşlı qızı fahişəliyə təşviq etmək ittihamı ilə saxlayıb.

Cavad


Müəllif: