17 Aprel 2016 00:17
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın qərbindəki Reyn-Vestfaliyada hindlilərin toyunda partlayış baş verib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, yerli polis hadisə nəticəsində üç nəfərin xəsarət aldığını bildirib.

Rheinische Post bildirib ki, insident hind icmasının ibadətgahının girişində baş verib. Hadisə nəticəsində binaya ciddi ziyan dəyib.

Hadisənin səbəbi və digər təfərrüatlar araşdırılır.

Nihad


Müəllif: