Londonun bələdiyyə sədri Boris Johnson İngiltərənin Avropa Birliyində (AB) qalması fikrini müdafiə edən ABŞ prezidenti Barak Obamanı "ikiüzlülüklə" günahlandırıb.
Teleqraf.com-un xəbərinə görə, iyunun 23-də keçiriləcək referendumda İngiltərənin AB-dən çıxmasını müdafiə edən Conson deyib: "Obamanın nə söyləyəcəyini bilmirəm. Lakin əgər Amerikanın istəyi İngiltərənin AB-də qalmasıdırsa, bu, açıq şəkildə ikiüzlülükdür. Amerikalılar belə bir şeyi özlərinə rəva görməzlər".
Nihad