17 Aprel 2016 18:38
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Air France” aviaşirkəti Paris və Tehran arasında birbaşa aviareys bərpa edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Paris və Tehran arasında birbaşa aviareys 2008-ci ildə İrana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməsindən sonra dayandırılıb.


Keçən ilin iyulunda İranın atom proqramı ilə bağlı razılaşma imzalanıb və keçən ilin dekabrında iki ölkənin paytaxtları arasında aviareyslərin yenidən başlanması ilə bağlı ilin qərar verilib. Bu gün Parisin Ruassi -Şarl de Qoll aeroportundan qalxan təyyarə saat 12:20-də İran paytaxtına enib. “Air France” aviaşirkəti təyyarənin uçuşu ilə bağlı Ruassi -Şarl de Qoll aeroportunun ikinci terminalında təntənəli mərasim keçirildiyini açıqlayıb. “Air France” aviaşirkətinin baş direktoru Frederik Qaje və Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Alen Vidalis aviareysin başlaması ilə əlaqədar simvolik qırmızı lenti kəsib. A. Vidalis deyib ki, bu aviaəlaqə Fransa və İran arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənəcəyinə ümid yaradır. Bu təyyarə ilə Tehrana gələn V. Vidalisin rəhbərlik etdiyi və tərkibində böyük fransız şirkətlərinin yer aldığı nümayəndə heyəti sabah Tehranda İran rəhbərliyində təmsil olunan şəxslərlə görüş keçirəcək, eyni zamanda Tehranda “Air France” aviaşirkətinin nümayəndəliyinin açılışında iştirak edəcək.


Müəllif:

Oxşar xəbərlər