Suriya ərazisindən Rusiya istehsalı olan "Katyuşa" kompleksindən atılan 3 raketdən birinin Türkiyə sərhədində yerləşən Kilis rayonunun Helvecioğlu məhəlləsində evin damına düşməsi nəticəsində 2 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, raketlərdən biri Bilal Habeşi məscidinin tualetinə, digəri isə rayonun qəbiristanlığına düşüb.
Qeyd edək ki, dünən Suriyadan Rusiya istehsalı olan "Katyuşa" kompleksindən 5 raketin Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun zeytun bağçasına düşməsi nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfər həyatını itirmiş, 9 nəfər isə yaralanmışdı.