Dünyanın 170-dən artıq ölkəsinin təmsilçiləri BMT-də Paris İqlim Sazişini imzalayıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir k, ABŞ dövlət katibi Con Kerri BMT-nin baş qərargahında qlobal iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasını nəvəsi qucağında imzalayıb.
Con Kerri nəvəsi qucağında olarkən müqaviləyə imza atıb, daha sonra nəvəsini öpüb.
BMT baş katibi Pan Gi Mun Con Kerri ilə salamlaşaraq onunla və nəvəsi ilə xatirə fotosu çəkdirib.
İlhamə Əbülfət