26 Aprel 2016 23:20
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail müdafiǝ nazirinin müavini Әli Ben-Dahan Baş nazir Binyamin Netanyahunu işğal altında saxladıqları İordan çayının qǝrb sahilini ilhaq etmǝyǝ çağırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ben-Dahan Әl-Xǝlil şǝhǝrindǝ yǝhudilǝrin pasxa bayramına görǝ etdiyi çıxışda deyib:

"Bu torpaqların İsrailǝ birlǝşmǝsi vǝ şǝhǝrdǝki yǝhudi sakinlǝrǝ qǝtiyyǝtli şǝkildǝ dǝstǝk olunması vacibdir. Judea vǝ Samaranı (Yǝhudilǝrin İordan çayına qoyduqları ad) İsrailǝ birlǝşdirmǝk vǝ burada İsrail qanunlarını tǝtbiq etmǝk mǝcburiyyǝtindǝyik. Torpaqlarımıza geri qayıtmışıq, buna görǝ dǝ bir daha ǝsla ayrılmamalıyıq".

Ben-Dahanın sözlǝrilǝ ǝlaqǝdar Fǝlǝstin tǝrǝfindǝn hǝlǝlik açıqlama verilmǝyib.

Samir


Müəllif:

Oxşar xəbərlər