Ukrayna prezidenti Petro Poroşenko Odessada sabitliyi bərpa etmək məqsədilə şəhərə min nəfərlik əlavə qüvvə göndərilməsi ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib.
Onun sözlərinə görə, gətiriləcək qüvvələr şəhərdə dövlət müəssisələrini və xəstəxanaları mühafizə edəcək.
Qeyd edək ki, Odessa şəhərinin meri Qennadi Truxanovun istefasını tələb edən etirazçılar şura önündə müddətsiz aksiya keçirirlər. Truxanovun adı ofşor qalmaqalında hallanır.
Samir