"Ankara rəhbərliyi atdığı addımlarla Suriyadakı sülh prosesinə maneə törədir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin qərargah rəisi Valeriy Qerasimov deyib: "Suriyada sülh prosesinə mane olan ən böyük səbəblərdən biri Ankaranın terrorçuları silahlandırmasıdır. Türkiyədə çox sayda yaralı terrorçu müalicə alır".
Qerasimov əlavə edib ki, Rusiya Suriyanın daxili işlərinə müdaxilə etmir: "Biz Dəməşq hökumətinin xahişi ilə onlara terrorçularla mübarizədə yardım edirik".
Samir