27 Aprel 2016 22:08
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya rəhbərliyi ABŞ-a qarşı güclü nüvə daşıyıcılarına ehtiyac duyduqlarına dair açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Cənubi Koreya xəbər agentliyi məlumat yayıb.

Agentlik Koreya Xalq Demokratik Respublikasının yeni nüvə sınağı hazırlaması ilə bağlı iddia irəli sürüb. Vaşinqton bununla bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Şimali Koreya indiyədək 4 nüvə sınağı keçirib. Sonuncu dəfə KXDR-in ötən şənbə günü keçirdiyi sualtı ballistik raket sınağı qismən müvəffəqiyyətli olub.

Samir


Müəllif:

Oxşar xəbərlər