29 Aprel 2016 21:35
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya Suriyada son günlər müşahidə olunan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə ediblər.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya və ABŞ Suriyada atəşkəsə zəmanət verən tərəflər qismində tanınacaqlar. Lazkiyə və Dəməşq anlaşmaya daxil ediləcəklər.

Qeyd edək ki, son günlər Əsəd ordusu Hələbdə dinc insanları bombalayıb. Ötən gün paytaxtdakı xəstəxanalardan biri raket zərbəsilə vurulub. Aralarında tibb işçiləri də olmaqla 35 nəfər həyatını itirib.


Müəllif: