8 May 2016 21:10
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruandada leysan yağışlar torpaq sürüşməsinə səbəb olub.


APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Qakenk rayonunda torpaq sürüşməsi nəticəsində əksəriyyəti uşaq olmaqla, ən azı 20 nəfər həyatını itirib.


Qeyd edək ki, son illər Ruanda hökuməti torpaq sürüşmələrinin səbəb olduğu insan itkisinin sayını azaltmağa nail olub. Lakin bu il “El-Nino” təbiət olayının səbəb olduğu kataklizmlər nəticəsində insan itkilərinin sayı artır.


Müəllif:

Oxşar xəbərlər