Koalisiya üzvlərinin İraqda keçirdikləri əməliyyat zamanı İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib. "Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk keçirdiyi brifinqdə məlumat verib.
"Koalisiya İŞİD-in Ənbar əyalətindəki hərbi liderlərindən biri Əbu Vahibi məhv etmək üçün onun olduğu əraziyə avia zərbə endirib. Əbu Vahib "Əl Qaidə" terror təşkilatının keçmiş üzvüdür. O, İŞİD-in cəza videogörüntülərində də yer alıb" - deyə Pentaqon rəsmisi bildirib.
O, əlavə edib ki, aviazərbə uğurlu nəticələnib və Əbu Vahib öldürülüb. Onunla birlikdə daha 3 silahlı məhv edilib.