ABŞ-a məxsus RC-135W kəşfiyyatçı təyyarəsi Kalininqrad üzərindən uçuş edərkən Rusiyaya məxsus Su-27 qırıcıları tərəfindən saxlanılıb.
Teleqraf.com "İnterfax"a istinadən xəbər veir ki, hadisə mayın 9-da qeydə alınıb: "Baltik dənizi üzərində uçuş həyata keçirən 62-4131 nömrəli təyyarə icazəsiz Rusiya sularına daxil olduğu üçün saxlanılıb. Araşdırmalar zamanı təyyarənin Böyük Britaniyadakı aviabazadan havaya qalxdığı məlum olub".
Faktla bağlı Vaşiqnton rəhbərliyi hələlik heç bir açıqlama verməyib.
Samir