İranda qətldə günahlandırılaraq ölümə məhkum olunmuş daha 2 nəfər edam edilib.
Teleqraf.com GünAZ TV-yə istinadən xəbər verir ki, hər iki müttəhim, mayın 11-i sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dar ağacından asılıb.
Edam edilənlərdən birinin adı “Rza Çeşmnur”dur. Asılan digər müttəhimin adı mediaya açıqlanmayıb. Bildirilir ki, hər iki məhbus, edama hazırlıq üçün bir neçə gün əvvəldən təkadamlıq kameralara köçürülmüşdü.
Son illərdə İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.