ABŞ-da qida təhlükəsizliyi ilə bağlı aparılan araşdırmalar zamanı bəzi hamburgerlərdə siçan və insan DNT-ləri çıxıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Clear Labs adlı şirkətin araşdırması zamanı Nyu Yorkda 258 hamburger köşkündən nümunələr götürülüb. Hamburgerlərin üçündə siçan, birində isə insana aid DNT aşkarlanıb.
Tapılan nümunələrin insan sağlamlığına təhlükə yaratmadığı qeyd olunur. Ehtimal edilir ki, hamburgerlərdə tapılan nümunələrin mənbəyi insan saçı və siçanın ağız suyu ola bilər. Araşdırmalar zamanı bəlli olub ki, ABŞ-da hamburgerdə istifadə olunan ətlər qarışdırılır. Toyuq və hinduşka əti dana, dana əti iəs qoyun əti adı ilə müştərilərə sırınır.
258 nümunənin 24-ü problemli olub. 14-də isə qatqılar normativlərə cavab verməyib.
Ayxan