İŞİD terrorçu qruplaşması yaxın zamanda Suriyadakı paytaxtı sayılan Rəqqa şəhərində fövqəladə vəziyyət elan edə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqon məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin rəsmisi Stiv Uorren mühasirə astanasında olan düşmənin təhlükəni hiss edərək bu addımı atmağa məcbur olduğunu bəyan edib.
Rəsmiyə görə, Suriya Demokratik Qüvvələri, Suriya Ərəb Koalisiyası ilə birgə İŞİD-in əsas istinadgahını həm şərqdən, həm də qərbdən sıxışdırmağa başlayıb.
Rəqqada terrorçu qüvvələrin bir ərazidən digərinə yerdəyişdiyi, hətta bəzilərinin şəhərdən çıxarıldığı və müəyyən nöqtələri hava zərbələrindən qorumaq üçün xüsusi tədbirlərin həyata keçirildiyi bildirilir.
Əksər Amerikalı hərbi ekspertlər İŞİD lideri Əbu Bəkr Əl-BAğdadinin hələ də Rəqqa və ya Rəqqa ətrafında gizləndiyini və kəşfiyyatçılar tərəfindən aşkarlanmaması üçün kifayət qədər ehtiyatlı davrandığını iddia edir.