Çinə məxsus qırıcılar beynəlxalq hava məkanında ABŞ kəşfiyyat təyyarəsini ələ keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Pentaqonun sözçüsü Mişel Baldansa məlumat verib:
"Cənubi-Çin dənizi səmasında standart patrul uçuşu zamanı Çinə məxsus J-11 qırıcıları ABŞ-ın E-P3 kəşfiyyat təyyarəsini ələ keçirib. İnsidentin araşdırılması ABŞ-ın Sakit okean bölgəsindəki Birləşmiş Ordu Komandanlığına tapşırılıb".
Qeyd edək ki, Çin Cənubi Çin dənizində süni adalarda üzərində aerodromlar qurur. ABŞ Pekin hökumətini regionun hərbiləşdirlməsində günahlandırır. Ehtimal olunur ki, onlar gələcəkdə hərbi məqsədlər üçün istifadə oluna bilər.
Samir