İndoneziyanın Qərbindəki Sinabunq Yanardağında yaranan vulkan altı nəfərin həyatına son qoyub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aktivləşən vulkanın havaya kül üfürməsi faciəyə səbəb olub.
2.600 metr hündürlükdə əmələ gələn vulkan yaxınlıqdakı kəndləri tamamilə yararsız hala salıb. İnsanlar təxliyyə ediliblər.
Qeyd edək ki, İndoneziyanın Sumatra adasında son iki ildə bir neçə dəfə yeraltı partlayışlar olub.