Suriyada uzun müddətdir ki, planlaşdırılan əməliyyata başlanılıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasına qarşı planlaşdırılan quru əməliyyatlarına start verilib.
Məlumata görə, əməliyyat çərçivəsində ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyaya məxsus təyyarələrin də Rəqqa əhatəsindəki İŞİD mövqelərini bombalayıb.
Rəqqanın İŞİD-in əlindən alınması üçün başladılan əməliyyatda təxminən 12 min silahlı müxalif iştirak edib.