26 May 2016 19:52
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə Cənubi Osetiyada Rusiya Federasiyasına daxil olmaq barədə referendum keçiriləcək.

Teleqraf.com-un Ria-Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Osetiya prezidenti Leonid Tibilov və parlamentin spikeri Anatoli Bibilov bəyanat imzalayıb.

Bəyanatda deyilir ki, xalqın maraqlarını rəhbər tutaraq Cənubi Osetiya Respublikasında ictimai-siyasi vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə 2017-ci ildə Cənubi Osetiya Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı referendum keçirilməsi məqsədəuyğun hesab edilib. Bu haqda mayın 26-da Cənubi Osetiya Respublikasının prezidenti yanında siyasi məsləhət şurasının üzvləri birgə bəyanatla çıxış edib.

Referendumun müzakirəsi üçün çağırılmış siyasi şuranın iclasında siyasi partiyaların və respublikanın ictimai təşkilatlarının, eləcə də dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Referendum prezident seçkilərindən sonra olacaq.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər