Almaniya parlamenti bu gün qondarma erməni soyqırımının tanınması ilə bağlı səsvermə keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Bundestaq 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.
"Erməni və digər xristian azlıqlar soyqırımının 101-ci il dönümü" adlı qanun layihəsinin əleyhinə 1 deputat səs verib, 1 parlamentari isə bitərəf qalıb. Sənəddə deyilir: "Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilərin məhvi böyük faciə idi. Çünki müstəqil hesablamalara görə, deportasiya və kütləvi məhvlər milyondan çox erməninin həyatını itirməsi ilə nəticələnib. Bir çox müstəqil tarixçilər, parlamentlər və beynəlxalq təşkilatlar ermənilərin qovulmasını soyqırım kimi qəbul edir".
Samir