Silsilə qətlləri ilə Türkiyədə böyük səs-küy və hiddət doğuran ələkeçməz Atalay Filizin izinə düşmək mümkün olub.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, qatilin İzmirin Çeşmə bölgəsinə sığındığı ehtimal edilir. Onun gizli şəkildə yunan adalarına qaçmaq istədyi bildirilir.
Atalay Filizin cinayətləri Olqa Sergeyevna adlı rus sevgilisi ilə münasibətlərindən başlayıb. Atalay əvvəlcə ondan ayrılmaq istəyən Olaqanı öldürüb. Olqanın yoxa çıxması Atalaydan şübhələnməyə əsas verib.
Olqanın ən yaxın rəfiqəsi Yelena Radçikova və onun sevgilsi Göktuğ Demirarslan Atalay Filizdən şübhələnib. Çünki Göktağ Atalayın ən yaxın dostu olub, onu yaxşı tanıyıb. Üstəlik 4 dost bir müddət Parisdə təhsil alarkən bir yerdə qalıblar.
Atralay Filiz ələ keçəcəyindən qorxaraq Göktağla Yelenanı da Ankarada tüfənglə qətlə yetirib. Oxşar səbəblə Filis Fatma Kayıkçını da öldürüb. Cinayətkar hər dəfə aradan sivişib çıxıb. Beləliklə, Atalay Filiz iki il saxta adla yaşayıb, ən çox qorxduğu isə ələ keçmək olub.
Türkiyənin hüquq-mühafizə orqanları qatilin yaxalanması üçün bütün qüvvəsini səfərbər edib.
Mahir