Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Almaniya parlamentinin qondarma “erməni soyqırımı”nın tanınması barədə qətnamə qəbul etməsinə münasibət bildirib.
“Report”un xəbərinə görə, N.İbrahimov bildirib ki, Türkiyə Azərbaycana qardaş ölkədir: “Biz həmişə saxta “soyqırım”la bağlı iddiaların qarşısını kəsmişik. Bilirsiz ki, bu saxta iddia İsrail parlamentində müzakirə ediləndə onun qarşısını almışıq, mövqeyimizi bildirmişik. İndi də Almaniya parlamentində bu cür hal baş verib. Bu nə deməkdir? Analiz etmək lazımdır.
Azərbaycan diasporu aktiv şəkildə hər yerdə səsini qaldıracaq, türkiyəli qardaşlarımızın yanında olduğumuzu göstərəcəyik. Türkiyənin problemi bizim problemdir, bu məsələnin üzərinə gedəcəyik”.