Qazaxıstanın Aktobe şəhərində naməlum şəxslər silah mağazasına və hərbi hissəyə hücum ediblər.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Almas Sadubayev məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı 2 hərbçi və 4 cinayətkar həyatını itirib, 10 əsgər yaralanıb. Sadubayev əlavə edib ki, hücumdan dərhal sonra şəhərdə anti-terror əməliyyatı başlanıb: "Hücum yerli vaxtla 14:45-də olub. İlkin ehtimallara görə, silahlılar radikal dini cərəyanın tərəfdarlarıdır. Ramazan ayı ərəfəsində baş verən bu insident qəddarlığın göstəricisidir".
Qazaxıstan parlamenti Senatının sədri Kasım-Comart Tokayev hücumu terror aktı kimi qiymətləndirib.
Qazaxıstan DİN-in rəsmi nümayəndəsin bildirib ki, şəhərdə əməliyyat davam edir: "Bu saata qədər 9 terrorçu zərərsizləşdirilib. 7-i sağ ələ keçirilib".
Samir