"Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə KİV-də verilən məlumat Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluq tərəfindən Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırılır".
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində ard-arda 2 partlayış baş verib. Hadisə nəticəsində 11 nəfərə ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3 nəfərin vəziyyəti ağırdır. NTV kanalının məlumatına əsasən yaralananlardan biri Azərbaycan vətəndaşıdır.
***
İstanbulda partlayışda ölənlərin arasında 1 nəfər azərbaycanlı olduğu bildirilir.
Bu barədə TRT Haber məlumat verir. Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, azərbaycanlı olduğu deyilən mərhumun şəxsiyyəti müəyyənləşdirilir.
***
İstanbulda baş verən partlayışda ölənlərin sayı 11, yaralıların sayı isə 36-ya çatıb. Ölənlərdən 7-si polis nəfəridir.
***
İstanbulda polis avtomobilində partlayış olub.
Teleqraf.com xəbər verir ki, nəticədə 8 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Partlayışdan sonra ərazidə atışma səsləri eşidildiyi bildirilir.
Hadisə yerinə yanğınsöndürən maşınlar və xilasedicilər cəlb edilib.
Hökumət insidentlə bağlı hələ heç bir rəsmi bəyanat səsləndirməyib.