8 İyun 2016 21:56
3 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya parlamentinin spikeri Norbert Lammert qondarma erməni soyqırımı layihəsinə səs verən deputatlara qarşı ittihamlara sərt reaksiya verib.

"Bu təhdidlər, mövcud qanunlar çərçivəsində cavabını alacaq" deyən Norbert Lammert qeyd edib ki, millət vəkillərinə təzyiq göstərənlər Almaniya parlamenti və demokratiyaya qarşı addım atdıqlarının fərqinə varmalıdırlar.

Vitse-spiker Klaudia Roz qeyd edib ki, Ərdoğanın millət vəkillərinə qarşı ittihamlarını cavabsız qoymayacaqlar: "Ərdoğanın etdikləri qanuna ziddir. Bunna səssiz qalmayacağıq".

Sosial Demokrat Partiyasının fraksiya başqanı Tomas Oppermann Merkelin Ərdoğanın ittihamlarına cavab verəcəyinə əminliyini bildirib: "Ərdoğan və AKP-nin digər üzvləri Almaniya parlamentinin türk deputatlarını davamlı şəkildə tənqid edirlər. Axtarışdaymışlar kimi şəkillərini paylaşırlar. Hətta Ərdoğana görə, həmin deputatlar qan testindən keçməlidirlər. NATO üzvü olan ölkənin prezidenti belə danışmamalıdır. Türkiyə kökənli millət vəkillərinə qarşı hücum bizə, bütün parlamentə qarşı hücumdur".

Ayxan


Müəllif:

Oxşar xəbərlər