Təl-Əvivin turistlərin və yerli sakinlər üçün məşhur olan rayonunda atışma baş verib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 9 nəfərin yaralandığı bildirilir.
"Polis bölmələri artıq yerindədir. Bir neçə xəsarət alan haqqında məlumat var. Rayonu bağlanılıb", - polis sözçüsü Miki Rozenfeld bildirib.
Yerli telekanalların məlumatına görə, atışma rayonu müdafiə nazirliyi və baş qərargahın binalar kompleksi qarşısında baş verib.