Ermənistan üçün strateji yol hesab olunan Gürcüstan-Ermənistan yolu bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Məlumata görə, Lars yolunun bağlanması mümkün uçqun təhlükəsi səbəbindən bağlanıb və bu qadağa bütün nəqliyyat növlərinə aiddir.
Qeyd edək ki, hazırda Ermənistanın Rusiyaya çıxışı yalnız bu yolla mümkündür. Rusiyadan Ermənistana yüklər məhz bu yol vasitəsilə daşınır.