20 Fevral 2021 17:23
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan həlledici mərhələyə qədəm qoyur. Yalan və məğlubiyyətin simvolu olan Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət istefa verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu “Tovmasyan” Fondunun rəhbəri Artak Tovmasyan deyib.

Onun sözlərinə görə, Ermənistanın hər bir vətəndaşı ölkəsində söz, fikir və vicdan azadlığını bərpa etmək uğrunda mübarizə aparmalıdır:

“İndi sərin və ayıq düşünməyin zamanıdır. Dövlətçiliyimizi təhdid edən təhlükəsizlik problemləri gündən-günə pisləşir, iqtisadiyyatımız çökmək ərəfəsindədir, dövlətçiliyimizin mövcudluğu şübhə altındadır. Bunun mübaliğə olduğunu düşünməyin. Bu, hər bir vətəndaşın üzləşməli olduğu ağrılı həqiqətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər