25 Avqust 2021 13:12
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə əməkdaşlığımızı inkişaf etdirmək üçün praktiki addımlar atacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri Arşak Karapetyan jurnalistlərə deyib.

Son günlər lovğa çıxışları ilə diqqətə gələn məğlub ölkənin müdafiə naziri postunu tutmaqla “qalib general” adlandırılan Karapetyan iddia edib ki, erməni ordusunu müasir silahlarla gücləndirmək lazımdır:

“Keyfiyyətli, yeni silahlar əldə etməyi planlaşdırırıq. Köhnə silah əldə etməkdən imtina etdik, bu, bizim siyasətimizdir. İşləyəcəklərinə əmin olmaq üçün az miqdarda silah olsa da, daha keyfiyyətli silahlara sahib olmaq daha yaxşıdır”.

Bir qədər də irəli gedən Karapetyan Ermənistanın özünün silah istehsal etməsinin vacibliyini bildirib:

“Ermənistan öz silahlarının istehsalını əldə etməyə çalışmalıdır. Burada da dəstəyimiz var - birgə müəssisələrin açılması şəklində. Öz silahlarımızı istehsal etməliyik”.

Bununla yanaşı müdafiə naziri Ermənistanın öz silahlarnı hansı resurslar əsasında istehsal edə biləcəyi haqda əsas sualdan yayınaraq deyib ki, Müdafiə Nazirliyi ilə istehsal şirkətləri arasında vasitəçilərə icazə verilməməlidir. Onun fikrincə, bu üç şərt qorunsa, ermənilər ortaya modernləşdirilmiş ordu çıxara bilər.

Hərçənd müdafiə naziri hamıdan yaxşı bilir ki, Ermənistanın özünün silah istehsal etməsi nağıl danışmaqdan başqa bir şey deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər