Ermənistanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqının üzvü olduğunu və həmin təşkilatları belə asanlıqla tərk edə bilməyəcəyini nəzərə alsaq, onun Avropa Birliyinə (AB) mümkün namizədliyinin müzakirəsi hələ tezdir.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Xarici Əlaqələr Şurasının “Genişləndirilmiş Avropa” proqramının direktoru Mari Dyumulen deyib.
“Bunlar uzunmüddətli öhdəliklərdir, Ermənistan bu yola getməzdən əvvəl diqqətlə düşünməlidir. Amma bu o demək deyil ki, Ermənistanın demokratik islahatlar, demokratiya və Avropa dəyərlərinə daha çox sadiqliyi baxımından görəcəyi iş yoxdur. Bunlar həm də Avropa İttifaqının Ermənistanla işləmək istədiyi şeylərdir, amma fərqli alətlərlə, təkcə genişlənmə perspektivi ilə yox, həm də Avropa Birliyinin mövcud əməkdaşlıq alətləri ilə”, - proqram rəhbəri rəsmi bildirib.
Dyumulen hesab edir ki, AB Rusiyanı Ermənistanın tərəfdaşı kimi əvəz edə bilməyəcəyinə real yanaşır: “Məncə, Avropa Birliyinin məqsədi bu deyil”.