8 May 17:13
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı, hərbi cinayətkar Vitali Balasanyan Ermənistanda hakimiyyət əleyhinə keçirilən yürüşə qoşulmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə separatçının ofisi məlumat yayıb.

Balasanyandan başqa, keçmiş hərbçilərdən ibarət “Ehtiyat Ordu Zabitləri Hərəkatı”, “Vətən Qalxanı” Hərəkatı, “Müharibə Veteranları” İttifaqı “Sisakan” dəstəsi, “Dzain Hayrenyats” Təşkilatı, “Qayıdış” Hərəkatı və “Milli Qvardiya” təxribatçı prosesə qoşulmaq barədə qərar verib.

Mayın 4-də Tavuşdan başlayan təxribatçı yürüşə keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Delimitasiya prosesinə etiraz edən təxribatçılar hakimiyyətin dəyişdirilməsi ilə bağlı şüarlar da səsləndirirlər. Təxribatın təşkilatçısı sabiq prezident, hərbi cinayətkar Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokudur.

Azsaylı yürüşün iştirakçıları mayın 9-da İrəvana çatmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu