8 May 22:11
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kilsə Ermənistanda konstitusiya quruluşunu devirmək üçün bəyanatlar verir, hüquqi qiymət verilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Edqar Arakelyan revanşist keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi yürüşü şərh edərkən deyib.

“Kilsə ali ruhani təbəqəsi və yeparxiyaların rəhbərləri ilə konstitusiyanı pozaraq, siyasi proseslərə cəlb olunub. Ermənsitanın konstitusiya quruluşunu devirmək üçün konstitusiyaya zidd bəyanatlar verirlər və ona qarşı yönəlmiş davranışlar sərgiləyirlər. Buna hüquqi qiymət verilməli, ardınca müvafiq hüquqi tədbirlər görülməlidir”, - ekspert bildirib.

Arakelyan erməni kilsəsinin insanlar arasında müharibəni təbliğ etdiyini də vurğulayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan da son mətbuat konfransında kilsəni sərt tənqid edərək, baş yepiskop II Qaregini cəmiyyəti müharibəyə sürükləməkdə ittiham edib. Baş nazir erməni kilsəsinin mənəvi aşınmaya məruz qaldığını da söyləyib.

Ermənistan rəhbəri ölkəsinin din xadimlərini “casus şəbəkəsi” adlandırıb. Onun fikrincə, kilsənin siyasətə qarışması və dindənkənar mövzulara üz tutması yolverilməzdir.


Müəllif: Mənsur Rəğbətoğlu