9 May 13:29
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidməti Baqrat Qalstanyanın rəhbərliyi altında "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının tərəfdarlarına xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Qeyd olunub ki, konstitusiya quruluşunu təhdid edən istənilən qanunsuz hərəkət, addım bütün hüquqi alətlərlə zərərsizləşdiriləcək.

Ermənistan Milli Təhlükəsizlik Xidməti "Vətən naminə Tavuş" hərəkatının təşkil etdiyi yürüşün iştirakçılarını qanuna hörmət etməyə, asayişə qarşı cəhdlərdən çəkinməyə çağırıb.


Müəllif: Əsəd Məmmədəliyev