10 May 11:01
2 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda Baş nazir Nikol Paşinyan əleyhinə aksiya keçirən revanşist keşiş Baqrat Qalstanyan hakimiyyətə iddialı olduqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə parlamenetdəki “Şərəfim Var” və “Ermənistan” fraksiyaları ilə (“Qarabağ klanı”) müzakirələr apardığını deyib.

“Gələcək baş nazir olaraq kimi görür sualına keşiş belə cavab verib:

“Siyasətçilərin məsləhətləşmələri nəticəsində planlaşdırılmalıdır. Dünən axşam parlamentarilərlə görüşdük ki, görək proses necə gedəcək. Bu mərhələdə prosesi davam etdirməyə hazırdırlar, bunu hüquqi sonluğa çatdırmağa çalışırlar. O zaman baş nazirliyə namizəd tələb olunacaq. Yəqin o zaman da açıqlanacaq. Əlbəttə, adlar üzrə müzakirə olunur, müxtəlif isimlər var. Nəhayət, hansı şəxs olacağı ilə bağlı razılaşma olacaq. Bu, ikinci tur olacaq. İndi xalqı ayıltmaq mərhələsidir. Bu gün, sabah, o biri gün əməli addımların atılacağı günlərdir”.

Qalstanyan vurğulayıb ki, baş nazirliyə namizədlə bağlı hələ də razılaşma yoxdur.

Revanşist keşiş “Delimitasiya və demarkasiyanın dayandırılması xalqın tələbidir, bunu da müzakirə etdik” kimi təxribatçı fikir də səsləndirib.

Görünən budur ki, nə bu mitinqə rəhbərlik etmək üçün önə çıxarılan keşiş, nə də bu pozucu prosesin təşkilatçısı revanşist “Qarabağ klanı”nın aydın və hazır planı var. Dünən axşam saatlarında müşahidə olunan kütləviliyin nəzərəçarpacaq qədər azalması da bundan xəbər verir. “Haykakan Jamanak” etirazçıların məyus halda meydandan çəkilməyə başladıqlarını yazır.


Müəllif: Mənsur Rəğbətoğlu