3 İyul 2014 12:47
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərinin Türkiyə ilə sərhəd hissəsində İraq Şam İslam Dövləti ilə kürd silahlılar arasında şiddətli döyüşlər gedir.


Teleqraf.com bildirir ki, İŞİD İraqda ələ keçirdiyi zirehli texnika və raketlərin bir hissəsini bölgəyə gətirib. Silahlı toqquşmalar zamanı 20 kürd yaraqlısının, 30 İŞİD-çinin öldürüldüyü bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Suriyada türkmənlərin yaşadığı kəndlərdə əməliyyatlara başladığını bəyan edən İŞİD kürdlərin yaşadığı kənd və şəhərlərə də hücum edəcəklərini demişdi.

İraqda qarşıdurmalar başlayan vaxtdan bu ölkəyə göndərilən 2 mindən artıq İŞİD üzvü son bir həftədə yenidən Suriyaya qaytarılıb.

/ANS PRESS/


Müəllif: