Teleqraf.com-un rus mediasına istinadla verdiyi məlumata görə, Aleksey Qruzdev pomidor mövzusunun Rusiya və Türkiyənin liderləri tərəfindən ayrıca bir mövzu kimi qiymətləndiriləcəyini qeyd edib.
Onun sözlərinə görə, rus istehsalçıların maraqları və mövcud iqtisadi şərtlər nəzərə alınmalıdır: “Buna görə də bu mövzu daha sonra həll ediləcək. Xüsusi danışıqların təşkili planlaşdırılır”.
Qeyd edək ki, pomidor idxalı məsələsi Türkiyə ilə Rusiya arasında ən mühüm mövzulardan biridir. Türkiyənin bəzi kənd təsərrüfatı məhsulları, xüsusilə pomidor Rusiya bazarına buraxılmır. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Türkiyə ilə münasibətlər gərginləşəndə Rusiya özü pomidor istehsalına başlayıb və daxili bazarı qorumaq üçün Türkiyə pomidorunun idxalının qadağan olunmasını əsas şərt kimi irəli sürüb. Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev isə bəyan edib ki, Türkiyədən pomidor idxalı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq.