1 Mart 2021 10:36
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Gündəlik Teleqraf” media qrupunun fəaliyyətə başlamasının 9-cu ili tamam olur.

2012-ci ildə təsis edilən media qrupunun eyni adlı qəzeti martın 1-də çapdan çıxıb. Daha sonra qəzetin saytı – Teleqraf.com, bundan başqa, Publika.az və Axar.az saytları oxucuların görüşünə gəlib. Qısa müddətdə media qrupuna daxil olan saytlar ölkənin ən populyar media resurslarına çevrilib.

Peşəkar komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan Teleqraf.com ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, mədəniyyət və incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir. Qarabağ, siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, toplum, sosium, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edən Teleqraf.com eyni zamanda müxtəlif layihələri ilə məşhurdur.

Ölkənin ən tanınmışları – ictimai xadimləri, siyasətçiləri, elm və mədəniyyət adamları, ən aktual mövzularla gündəmə gəlmiş yerli və xarici qonaqları, diplomatları redaksiyanın ofisində qonaq olub, əməkdaşlarla tanış olub, sualları cavablandırıb, özəl foto çəkdiriblər.

“Teleqraf” Media Qrupuna daxil olan Teleqraf.com saytı ilə yanaşı, bu gün Publika.az xəbər portalının da ad günüdür. Saytlar 9 il ərzində özünü yetərincə təsdiqləyib, ölkənin ən çox oxunan saytlarına çevrilib.

Bu müddət ərzində Teleqraf.com-la əməkdaşlıq edən bütün təşkilatlara və oxucularımıza təşəkkür edir, saytımızın daimi izləyicilərini təbrik edirik!


Müəllif: Teleqraf.com