7 May 2014 15:14
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın mərkəzi küçələrindən biri olan Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Teleqraf.com xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Yollarda təmir işləri “Azəryolservis” ASC tərəfindən aparılır. /anspress/


Müəllif: Teleqraf.com