31 Mart 08:24
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yerli seçkilər başlayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Martın 31-də yerli özünüidarəetmə orqanlarına ümumi seçkilər bu gün keçirilir. Seçicilər 5 il fəaliyyət göstərəcək yerli idarəçiləri seçmək üçün səsverməyə gediblər. Bu gün yerli seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparır.

Seçkidə 61 milyon 441 min 882 seçici səs verəcək. 32 şərq əyalətində səsvermə saat 07.00-da başlayıb və 16.00-da başa çatacaq. Bu vilayətlər xaricindəki digər yerlərdə səsvermə saatları 08.00-17.00 arası olacaq.

Seçki yarışmasında 81 el (şəhər), 973 elçə (rayon) və 390 bəldənin (qəsəbə) bələdiyyə sədri və 50 min 336 məhəllə muxtarı, eyni zamanda Elçə Bələdiyyə Məclisi və El Baş Məclisinin üzvləri müəyyənləşəcək.


Müəllif: Pərvin Cəfərova