3 Aprel 14:25
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistanın ABŞ və Avropa Birliyi ilə yaxınlığına görə yeni müharibəyə başlamayacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyadan Qarabağla bağlı verilən son açıqlamaya diqqət çəkib:

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalına müsahibəsində Moskva və KTMT-nin regionda vəziyyətin gərginləşməsi zamanı Ermənistana kömək etməməsi ilə bağlı bəyanatları “yalan” adlandırıb. Zaxarovanın sözlərinə görə, rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. O, həmçinin İrəvanın Qarabağla bağlı qərarlarını NATO-nun təsiri altında verdiyini də söyləyib.

Zaxarova bununla demək istəyib ki, İrəvan NATO-ya yox, Rusiyaya arxalansaydı, Kreml Qarabağa Azərbaycanın nəzarətinin bərpa edilməsini əngəlləyərdi.

Birincisi, NATO Ermənistana təhlükəsizlik təminatı verməyib ki, İrəvan Qarabağla bağlı Şimali Atlantika Blokundan dəstək gözləyərdi. İkincisi, İrəvan Kremlə arxalanaraq KTMT-dən dəstək istəsəydi belə, bu, Azərbaycanın Qarabağı azad etməsinə mane olmayacaqdı”.

Elxan Şahinoğlu Rusiya rəsmisinin aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Avropa Birliyi görüşü ilə bağlı açıqlamasına da toxunub:

“Zaxarova Brüsselə səfərə hazırlaşan Baş nazir Nikol Paşinyana Kremlin növbəti xəbərdarlıq mesajını da gönərib: “Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa Birliyi, ABŞ və Britaniyaya region və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır”.

Zaxarova bu cümləsi ilə Azərbaycanın yerinə “qərar” verib. Azərbaycan 4 kəndin geri qaytarılmasını istəyir, ancaq İrəvanın ABŞ, Avropa Birliyi və ya Britaniya ilə yaxınlığına görə yeni müharibəyə başlamayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər