15 Sentyabr 2015 12:25
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Ənzəli gəmi xəttinin bərpası ilə bağlı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə (QSC) heç bir müraciət daxil olmayıb.

Bu barədə Teleqraf.com-a QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, quruma reysin bərpası ilə bağlı heç bir müraciət daxil olmayıb: “Əgər bu xəttə tələbat yoxdursa, onun açılması maliyyə baxımından sərfəli deyil”.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda səfərdə olan İran İslam Respublikasının Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatının İdarə Heyətinin sədri və icraçı direktoru Rza Məsrur reysin təkrar işə salınması məsələsinin azərbaycanlı rəsmilərlə muzakirələrdə gündəmə gəldiyini demişdi.

O, Azərbaycan tərəfinin də bu məsələyə müsbət yanaşdığını reysin bərpa olunmasının İran və Azərbaycan arasında turizm sahəsində əlaqələrin genişlənməsinə səbəb olacağını açıqlamışdı.

Bakı və Ənzəli limanları arasında sərnişin xətti uzun illər fəaliyyət göstərib, 1998-ci ildən isə onun fəaliyyəti dayandırılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər