26 Yanvar 2016 13:27
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ümumdünya Gömrük Təşkilatının Potensialın gücləndirilməsi üzrə Avropa Regional ofisində "Beynalxalq ticarət sövdələşmələri və sənədləşmə" mövzusunda seminar başlayıb.

Teleqraf.com-un məlumatına görə, 3 gün davam edəcək seminar Dövlət Gömrük Komitəsi (DGK) və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) tərəfindən təşkil olunub.

DGK-nın rəis müavini Səfər Mehdiyevin iştirak etdiyi seminarın ilk iş günü "Beynəlxalq ticarət sövdələşmələrində risklər" və "Beynəlxalq ticarət sövdələşmələrində sənədlərin nəzərdən keçirilməsi" mövzularında müzakirələr təşkil edilib.

Naibə QURBANOVA


Müəllif: