5 Sentyabr 2016 15:14
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizdə eyni simalar eyni şüarlarla cəmiyyətə müraciət edir və bu illərdir davam edir. Odur ki, mitinqlərdə az sayda insan iştirak edir. Sadəcə bir inamsızlıq məsələsi var. Bu qınaqlar altında müxalifət düşərgəsi günü-gündən zəifləyir. Məncə, eyni adamların, eyni simaların eyni şüarlarla eyni meydanlara dəvət etməsi və eyni sözlərin deyilməsi də mitinqlərə gələnlərin sayına mənfi təsir edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı müxalifətin planlaşdırdığı mitinq barədə suala cavabında deyib

.

Onun sözlərinə görə, söhbət mitinqlərin effektindən getməlidir: “Baxın nəyə görə, həmişə iki partiya eyni anda mitinq elan edir və ayrı-ayrılıqda keçirirlər? Bəlkə də bu partiya maraqları ilə bağlıdır. Nədən birgə respublika mitinqi keçirmək istəmirlər, bütün müxalifəti də iştiraka dəvət etmirlər? Bu gün bütövlükdə müxalifət bir araya gəlsə, 5-10 min civarında adam toplaya bilər. Lakin təəssüflər olsun ki, bu baş vermir. İndi mitinq keçirən siyasi qüvvələrin biri 2 min, digəri isə min civarında adam toplaya bilər. Birlikdə mitinq keçirə bilmirlər. Həm də nəzərə alın ki, burada vahid namizəd və ya parlament seçkiləri yoxdur ki, bu məsələdə ümumi anlaşma əldə edilməsin. Müxalifətin 23 il ərzində göstərdiyi fəaliyyət və nəticəsizlik ortadadır. Bu da neqativ emosiya yaradır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər