Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə tramvay dayanacağında partlayış olub. Naməlum şəxsin üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində partlayış meydana gəlib.
İtki barədə məlumat verilmir.
Belçika Federal Polisi ərazidə geniş əməliyyata başlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, hazırda vağzalda vəziyyət nəzarət altındadır. Belçikanın Milli Dəmir Yolu Şirkətindən isə qeyd edilib ki, hadisə yerində qatarların hərəkəti dayandırılıb.
"Avenir" və "Libre Belgique" nəşrləri isə Belçika hərbçilərinin vağzalda naməlum kişini güllələdiklərini bildiriblər. Onun üzərində partladıcı kəmər olub.
"RTL Info" isə naməlum şəxsin zərərsizləşdirilməsi zamanı kiçik partlayışın olduğunu bildirib. Qeyd edək ki, hadisə yerinə çoxlu sayda polis və hərbçi cəlb edilib. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.