4 İyul 2017 10:32
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 09:57

Rusiyanın Dağıstan Respublikasında səhər saatlarında dəhşətli avtobus qəzası baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı Qaraçay-Çərkəz Respublikasından Mahaçqalaya hərəkət edən avtobus dərəyə yuvarlanıb.

Məlumatlara görə, sürücü duman səbəbindən yolda təmir işləri aparıldığını görməyib və qəza baş verib.

Olay zamanı xeyli ölən və yaralananların olduğu bildirilir.

***

Dağıstanda baş verən yol qəzasında 20 nəfər xəsarət alıb.

Bununla bağlı Dağıstan təcili yardım idarəsinin rəhbəri Larisa Melnikov məlumat verib.

Onun sözlərinə görə, yaralılardan 2-si azyaşlıdır: "Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb".


Müəllif: Samir