DGK Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün nəqliyyat vasitəsi saxlanılaraq təkrar yoxlanılıb.
Yoxlama zamanı kabinədə, sürətlər qutusunun üzərində, avadanlıqlar üçün nəzərdə tutulmuş rəfdə 1 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 0,306 qram təşkil edən 13 ədəd çətənə bitkisinin toxumu aşkar edilib.
Daha sonra zərurət yarandığı üçün Vatsadzenin üzərində şəxsi yoxlama aparılıb. Onun üzərində 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 0,421 qram təşkil edən psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə xalis çəkisi 0,895 qram təşkil edən narkotik vasitə - həşiş aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.